Modern.az

Yunanıstan XİN başçısı zəlzələ bölgəsində - YENİLƏNİB

Yunanıstan XİN başçısı zəlzələ bölgəsində - YENİLƏNİB

Dünya

12 Fevral 2023, 14:40

"Yunanıstanın Türkiyəyə dəstəyi təkcə zəlzələ ilə bağlı yardımlardan ibarət olmayacaq".

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Yunanıstanın xarici işlər naziri Nikos Dendias söyləyib.

 

O, həmkarı Mövlud Çavuşoğlu ilə birgə zəlzələ bölgəsinə baş çəkib.

 

"Türkiyə ilə münasibətlərin normallaşması üçün növbəti zəlzələni gözləməməliyik. Yunanıstan axtarış-xilasetmə qrupunun fəaliyyəti ilə fəxr edirik. Türkiyəyə dəstəyimizi qəbul etdiyi üçün minnətdarıq", - deyə nazir əlavə edib.

 

***

12:14

 

Yunanıstanın xarici işlər naziri Nikos Dendias Türkiyəyə səfər edib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, zəlzələ bölgəsinə baş çəkəcək.

 

Həmçinin nazir türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək və Yunanıstan xilasedici qrupunun gördüyü işlərlə tanış olacaq.

 

Qeyd edək ki, bu, 2022-ci ilin mayından sonra Yunanıstan XİN başçısının Türkiyəyə ilk səfəridir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?