Gürcüstanda bir gündə üçüncü zəlzələ baş verib.
Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, 3,1 bal gücündə yeraltı təkan ölkənin cənubundakı Axalkalaki şəhərindən iki kilometr aralıda qeydə alınıb.
Zəlzələnin ocağı yerin 5 kilometr dərinliyində yerləşib.
***
12:48
Gürcüstanda yenidən zəlzələ olub.
Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, ölkənin qərbində 2 yeraltı təkan qeydə alınıb.
Belə ki, Qomi yaşayış məntəqəsində əvvəlcə Rixter şkalası ilə 4,6, sonra isə 3,6 bal gücündə zəlzələlər baş verib.
İtki və dağıntılarla bağlı məlumat verilməyib.