Modern.az

Zəlzələdən əziyyət çəkən azərbaycanlıya sığınacaq verildi

Zəlzələdən əziyyət çəkən azərbaycanlıya sığınacaq verildi

12 Fevral 2023, 13:32

Türkiyədə zəlzələdən əziyyət çəkən Azərbaycan vətəndaşı Rahib Rüstəmova sığınacaq verilib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, hadisə zamanı Adanada olub.

 

R.Rüstəmov Azərbaycan Kültür və Həmrəylik Dərnəyinə müraciət edib.  Bundan sonra o, Akasya Tələbə Yataqxanasına yerləşdirilib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 24 617 nəfər həyatını itirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər