Modern.az

Rusiya Xersona artilleriya zərbələri ENDİRDİ

Rusiya Xersona artilleriya zərbələri ENDİRDİ

12 Fevral 2023, 14:15

Rusiya qüvvələri Ukraynanın Xerson vilayətini artilleriya sistemləri ilə atəşə tutub.

 

Modern.az xəbər verir ki, bu barədə NEXTA məlumat yayıb.

 

Bildirilib ki, endirilən zərbələrdən biri Xerson hərbi administrasiyasının inzibati binasına zərər yetirib.

 

İtkilər və ya yaralılarla bağlı məlumat yoxdur.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər