"Ukrayna hərbi texnika almasa, Rusiya qalib gələ bilər".
Modern.az xəbər verir ki, bunu "Le Figaro" qəzetinə müsahibəsində Polşa prezidenti Anjey Duda deyib.
"Yaxın həftələrdə Ukraynaya hərbi texnika göndərməsək, Putin qalib gələ bilər. Və onun harada dayanacağını bilmirik", - Duda söyləyib.
O əlavə edib ki, on minlərlə hərbçinin ölümünün buna mane olacağını düşünənlərin fikrini bölüşmür.
Prezident onu da vurğulayıb ki, Ukrayna ərazilərinin sülh müqabilində Rusiya Federasiyasına verilməsinə yol verilməməlidir.