Modern.az

Zəlzələ ilə bağlı təxribatçı paylaşım edənlər tutuldu - YENİLƏNİB

Zəlzələ ilə bağlı təxribatçı paylaşım edənlər tutuldu - YENİLƏNİB

19 Fevral 2023, 14:10

Türkiyədə sosial şəbəkələrdə zəlzələ ilə bağlı təxribat xarakterli paylaşımlar edən şəxslərlə bağlı araşdırmalar davam edir.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Bildirilib ki, zəlzələ ilə bağlı təxribatçı paylaşım etməkdə şübhəli bilinən 24 şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

***

15.02.2023 / 12:18

 

Türkiyədə sosial şəbəkələrdə zəlzələ ilə bağlı təxribat xarakterli paylaşımlar edən 613 profil təsbit edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Bildirilib ki, 78 şübhəli şəxs saxlanılıb, 20 nəfər barəsində həbs qərarı çıxarılıb.

 

***

12.02.2023 / 16:58

 

"Zəlzələ ilə bağlı araşdırmalar nəticəsində 134 şübhəli şəxs barəsində tədbir görülüb".

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bekir Bozdağ deyib.

 

Nazirin sözlərinə görə, onlardan 3-ü həbs edilib, 7-si saxlanılıb, daha 114 şübhəlinin saxlanılması istiqamətində tədbirlər davam edir.

 

"Zəlzələ zonasında məhkəmə prosesləri 2 ay müddətinə dayandırılıb", - deyə Bozdağ bildirib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 24 617 nəfər həyatını itirib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu