Modern.az

Polşa sərhədlərini PUA-larla qoruyacaq 

Polşa sərhədlərini PUA-larla qoruyacaq 

12 Fevral 2023, 19:11

Polşa silahlı qüvvələri ABŞ-dan MQ-9A "Reaper" kəşfiyyat tipli pilotsuz uçuş aparatlarını (PUA) icarəyə götürüb.

 

Modern.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak məlumat verib.

 

Bildirilib ki, PUA-lar Polşanın Belarus və Ukrayna ilə şərq sərhədinin qorunmasında istifadə olunacaq.

 

PUA-ların lizinq müqaviləsi 2022-ci ilin sonunda imzalanıb. Polşa Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkə öz PUA-larını əldə edənə qədər icarəyə götürülən sistemlər müvəqqətidir.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər