Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Modern.az xəbər verir ki, bu barədə Mişel özünün "Twitter" hesabında məlumat yayıb.
O qeyd edib ki, telefon danışığı zamanı Türkiyə xalqına başsağlığı verib, həmrəylik və dəstək ifadə edib.
"Türkiyə tək deyil. Avropa İttifaqı və üzv dövlətlər dəstəyi səfərbər etməyə davam edəcəklər", - deyə Mişel bildirib.
Aİ prezidenti Suriyaya humanitar çıxışı təmin etdiyinə görə Türkiyəyə təşəkkür edib.