Nobel mükafatı laureatı, yəmənli fəal Təvəkkül Karman rəhbəri olduğu vəqfin (Tawakkol Karman Foundation) Kahramanmaraşda zəlzələdən zərər çəkən insanlar üçün 50 ev tikəcəyini bildirib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yəmənin “Belqees” telekanalına müsahibə verən Karman tikiləcək evlərin yəmənlilərin Türkiyədəki qardaşları ilə həmrəyliyinin göstəricisi olduğunu deyib.
O qeyd edib ki, evlər AFAD vasitəsilə tikiləcək.
“Bu, çətin günlərdə və hələ də Yəmənin yanında olan Türkiyəyə sədaqətimizin ifadəsidir”, - deyən Karman həmrəylik əlaməti olaraq tikiləcək evlərdə vəqfin gerbini yerləşdirmək istədiklərini vurğulayıb.