Modern.az

ABŞ daha bir naməlum obyekti zərərsizləşdirdi - Təhlükəli imiş...

ABŞ daha bir naməlum obyekti zərərsizləşdirdi - Təhlükəli imiş...

Dünya

13 Fevral 2023, 09:08

ABŞ-da naməlum uçan obyekt Huron gölü üzərində vurularaq zərərsizləşdirilib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

 

Bildirilib ki, uçan obyektin trayektoriyasına və uçuş marşrutuna nəzər yetirdikdə təhlükəli olduğu anlaşılıb. Belə ki, o, Müdafiə Nazirliyinə məxsus milli təhlükəsizlik əhəmiyyəti daşıyan mühüm dövlət obyektlərinin üzərindən uçub.

 

Uçan obyekt bundan sonra vurularaq zərərsizləşdirilib. Hazırda detallar araşdırılır.

 

Qeyd edək ki, bundan əvvəl Alyaska ştatı səmasında da uçan naməlum obyekt zərərsizləşdirilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər