Modern.az

İsrail HƏMAS-ın raket zavodlarını bombaladı

İsrail HƏMAS-ın raket zavodlarını bombaladı

Dünya

13 Fevral 2023, 10:02

İsrail ordusu Qəzza zolağındakı HƏMAS silahlılarının mövqelərinə raket zərbələri endirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, zərbələr nəticəsində HƏMAS-a məxsus raket istehsalı üçün istehsal edilən yeraltı zavod vurulub. İtkilər barədə məlumat verilmir. Hadisənin şahidləri Qəzza zolağında bir sıra partlayışlar eşidildiyini bildiriblər. 

 

Xatırladaq ki, bundan əvvəl Qəzza zolağından İsrailə raket atılıb. Raket İsrail ordusu tərəfindən zərərsizləşdirilib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər