"SpaceX" şirkətinin qurucusu İlon Mask Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyaka cavab verib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Mask Ukrayna üçün "Starlink" peyklərinin tam funksionallığını bərpa etmək çağırışına cavab olaraq III Dünya müharibəsinə səbəb ola biləcək münaqişənin genişlənməsinə imkan verməyəcəyini bildirib.
Həmçinin o əlavə edib ki, onun peykləri hərbi məqsədlər üçün deyil, özəl istifadə üçündür.
Qeyd edək ki, "SpaceX" bir neçə gün əvvəl peyklərinin Ukrayna tərəfindən istifadəsini məhdudlaşdırdığını və xüsusən də dronlara nəzarət etmək üçün istifadəsinin mümkünsüz olacağını elan etmişdi. Bundan sonra Podolyak Maskdan tərəf seçməyi tələb etmişdi.