"Rusiyada Ukrayna Silahlı Qüvvələrinin haradan zərbə endirəcəyini bilmirlər, ona görə də iki istiqaməti gücləndirirlər".
Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının sutkalıq informasiya bülletenində yazılıb.
Belə ki, Rusiya qüvvələri Zaporojye və Luqansk istiqamətlərində müdafiəni gücləndirirlər. Bunu açıq mənbələrdən götürülmüş kadrlar sübut edir. Hazırda Tarasovka, Vasilievka və Orexov yaxınlığında istehkamlar tikilir.
Kəşfiyyat hesab edir ki, Ukraynanın Zaporojye istiqamətində Rusiyanın müdafiə həlqəsinə doğru irəliləyişi Rostov vilayəti ilə Krımı birləşdirən Rusiyanın “quru körpüsü”nün həyat qabiliyyətini ciddi şəkildə pozacaq.
Həmçinin əminlik ifadə olunub ki, Ukraynanın Luqanskdakı uğuru Moskvanın "Donbasın azad edilməsi" adlandırdığı məqsədi daha da sarsıdacaq.