Modern.az

Ermənistanın Türkiyəyə yardımı normallaşmaya təsir edəcək? - İrəvandan açıqlama

Ermənistanın Türkiyəyə yardımı normallaşmaya təsir edəcək? - İrəvandan açıqlama

Dünya

13 Fevral 2023, 11:39

"Ümid edirik ki, Türkiyə hökuməti də bu addıma cavab verəcək və biz tezliklə nəticələri görəcəyik".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın Türkiyəyə zəlzələ ilə bağlı göndərdiyi humanitar yardımın İrəvanın Ankara ilə normallaşma prosesinə və təmaslara təsirini dəyərləndirən deputat, Paşinyanın partiyasının təmsilçisi Sarkis Xandanyan deyib.

 

"Yardımın göstərilməsi ilk növbədə humanitar addımdır və belə bir təcrübə bütün sivil dünyada qəbul edilir. Bunun ikitərəfli münasibətlərin daha da normallaşmasına töhfə verəcəyini istisna etmək olmaz. İstənilən halda sərhədi açmaq və kommunikasiyalardan istifadə etmək mümkündür", - deyə o bildirib.

 

Qeyd edək ki, II Qarabağ müharibəsindən sonra Azərbaycanın torpaqlarını azad etməsi ilə Türkiyə və Ermənistan arasında normallaşma prosesinə start verilib. Türkiyə tərəfdən Serdar Kılıç, Ermənistan tərəfdən isə Ruben Rubinyan Ankara və İrəvan arasında dialoq prosesində iştirak edir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər