Modern.az

KTMT Belarusda 3 hərbi təlim keçirəcək

KTMT Belarusda 3 hərbi təlim keçirəcək

Dünya

13 Fevral 2023, 12:32

Bu il Belarus ərazisində KTMT-nin üç təliminin keçirilməsi planlaşdırılır.

 

Modern.az Belarusun rəsmi "BelTA"  agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Minskdə səfərdə olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqambetov bildirib.

 

O qeyd edib ki, “Qarşılıqlı fəaliyyət”, “Eşelon” və “Axtarış” adlanan təlimlər 2023-cü il ərzində həyata keçiriləcək.

 

Tasmaqambetov təlimlərin dəqiq tarixi barədə məlumat verməyib.

 

Qeyd edək ki, KTMT-yə üzv kimi Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər