Modern.az

Zəlzələ zonasında 2 min nəfərlik konteyner şəhərcik tikilir

Zəlzələ zonasında 2 min nəfərlik konteyner şəhərcik tikilir

Dünya

13 Fevral 2023, 13:37

"39 dron zəlzələ zonasında 1130 saatdan çox uçuş edib".

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu "BAYKAR Teknoloji" şirkətinin rəhbəri Selçuk Bayraktar deyib.

 

"Bayraktar TB2" ilk dəfə bir fəlakətdə sürətli xəritəçəkmə həyata keçirdi. Hazırda Kahramanmaraşda 2 min nəfərlik konteyner şəhərciyin tikintisinə başlamışıq. 1 ay yarıma bitirməyi planlaşdırırıq", - deyə o bildirib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 31 643 nəfər həyatını itirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər