Modern.az

Moldovada çevriliş etmək istəyirlər - Prezident

Moldovada çevriliş etmək istəyirlər - Prezident

Dünya

13 Fevral 2023, 14:15

Moldova prezidenti Maya Sandu ölkəsində konstitusiya quruluşunun dəyişdirilməsinə cəhddən danışıb.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, o, cəhdlərin real olduğunu bildirib.

 

"Bunun üçün xüsusi xidmət orqanlarına əlavə səlahiyyətlərin verilməsini istəyirəm. Moldova xüsusi xidmət orqanları respublikada sabitliyin pozulması təhlükəsi barədə məlumatları təsdiqləyib", - deyə Sandu qeyd edib.

 

Moldova prezidenti ukraynalı həmkarı Volodimir Zelenskinin ölkə kəşfiyyatının Rusiya qüvvələri tərəfindən Moldovada təxribatlar hazırladığı barədə əldə etdiyi və Kişinyovu məlumatlandırdığı sənədlərin doğru olduğunu bildirib.

 

Onun sözlərinə görə, burada Rusiya ilə yanaşı Belarus və Serbiya kimi ölkələrin vətəndaşlarının iştirakı barədə ssenarilər də istisna edilmir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər