Modern.az

Bu ölkələrdə Türkiyədəki zəlzələ ilə bağlı matəm elan olundu

Bu ölkələrdə Türkiyədəki zəlzələ ilə bağlı matəm elan olundu

13 Fevral 2023, 15:38

Balkanlar regionunda yerləşən Albaniya və Şimali Makedoniyada matəm elan olunub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər iki ölkədə bu barədə müvafiq qərar qəbul edilib.

 

Qərarın zəlzələ ilə bağlı olduğu və Türkiyə ilə, eləcə də Suriya ilə həmrəyliyin ifadə edilməsi məqsədi daşıdığı qeyd olunub.

 

Matəmin 1 gün davam edəcəyi bildirilib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 31 643 nəfər həyatını itirib.

 

Zəlzələ Suriyada da hiss olunub və bu ölkədə 4500-dən çox insanın həyatını itirdiyi deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər