NATO baş katibi Yens Stoltenberq baş vermiş zəlzələ ilə əlaqədar bir daha Türkiyəni dəstəklədiklərini bəyan edib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, Ankaraya daha bir yardım üzərində çalışdıqlarını elan edib.
“NATO ölkələri Türkiyəyə axtarış-xilasetmə qrupları göndərib. Təbii fəlakətin yaratdığı problemlərin həllində Türkiyəyə yardım edirik", - deyə o bildirib.
"NATO müttəfiqləri bu çətin günlərdə Türkiyə ilə həmrəydir", - deyə baş katib əlavə edib.