Türkiyənin Adıyaman bölgəsində axtarış-xilasetmə işləri davam edir.
Modern.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca zəlzələdən 178 saat sonra dağıntılar altından xilas edilən azyaşlının görüntülərini paylaşıb.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 31 643 nəfər həyatını itirib.
Akif İsmayılov