Modern.az

Rusiya səfiri Paşinyanın müavini ilə görüşdü - Nələr müzakirə olundu?

Rusiya səfiri Paşinyanın müavini ilə görüşdü - Nələr müzakirə olundu?

13 Fevral 2023, 17:04

Rusiyanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin Ermənistan baş naziri Nikol Paşinyanın müavini Tiqran Xaçatryanla görüş keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Bildirilib ki, Rusiya səfiri Sergey Kopırkin və Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da inkişafı və genişləndirilməsinin vacibliyini qeyd ediblər.

 

Görüşdə, həmçinin Ermənistan-Rusiya ticarət-iqtisadi əlaqələri, o cümlədən ticarət həcminin artırılması və strukturu ilə bağlı məsələlər müzakirə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər