Modern.az

Ərdoğanla xanımı zəlzələdə yaralananları ziyarət etdi  - FOTOLAR

Ərdoğanla xanımı zəlzələdə yaralananları ziyarət etdi  - FOTOLAR

13 Fevral 2023, 21:01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ zamanı yaralanan şəxslərə baş çəkib.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Prezident və xanımı Əminə Ərdoğan Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasında müalicə alan vətəndaşları ziyarət edib.

 

Yaralılara şəfa diləyən Türkiyə lideri onların səhhəti ilə bağlı həkimlərdən məlumat alıb.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 31 643 nəfər həyatını itirib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər