Modern.az

Rusiya qırıcıları Polşanın hava məkanını pozdu

Rusiya qırıcıları Polşanın hava məkanını pozdu

Dünya

14 Fevral 2023, 08:13

Niderland Hərbi Hava Qüvvələrinə məxsus iki “F-35” qırıcısı Polşa səmasında Rusiyaya məxsus üç hərbi təyyarədən ibarət qrupun qarşısını alıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

 

“Naməlum təyyarələr Rusiyanın Kaliniqrad regionu tərəfindən Polşanın NATO-nun məsuliyyət zonasına yaxınlaşıb”, - Niderland Müdafiə Nazirliyindən bildirilib.

 

Məlumata görə, iki “Su-27” qırıcısı və bir “İl-20M” elektron kəşfiyyat təyyarəsi ölkənin hava məkanını pozub. Niderlandın 2 “F-35” qırıcısı Rusiya təyyarələrini müşayiət edib, onları Polşa hava məkanından çıxarıb.

 

Niderland Müdafiə Nazirliyi ölkəyə məxsus 8 ədəd “F-35” qırıcısının müvəqqəti olaraq Polşada olduğunu açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər