ABŞ Gürcüstana yeni səfir təyin edəcək.
Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, Robin Dunniqan prezident Co Bayden tərəfindən Senatda təsdiqlənməyə namizəd göstərilib.
Təsdiqləmə prosedurlarından sonra o, Tbilisiyə fövqəladə və səlahiyyətli səfir təyin olunacaq.
Dunniqan hazırda ABŞ Dövlət Departamentində Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisinin müavini vəzifəsində çalışır.
Təyinat gerçəkləşərsə, Dunniqan Gürcüstanda 2020-ci ildən ABŞ diplomatik missiyasına rəhbərlik edən Kelli Deqnanı əvəz edəcək.