ABŞ Ukraynanı "ATACMS" uzaqmənzilli raketləri ilə təmin etməyə hazır deyil.
Modern.az xəbər verir ki, bu barədə “Politico” nəşri öz mənbələrinə istinadən yazıb.
Bildirilib ki, buna səbəb silahların ehtiyatlarının az olmasıdır.
Nəşrin mənbələrinə görə, Vaşinqton hesab edir ki, "ATACMS" raketlərinin Kiyev üçün tədarükü və Ukraynaya ötürülməsi ABŞ arsenallarının tükənməsinə gətirib çıxaracaq və Vaşinqtonun gələcəkdə mümkün münaqişələrə hazırlıq potensialını məhdudlaşdıracaq.
Bildirilib ki, Kiyev Vaşinqtondan ABŞ-ın maliyyə yardımından istifadə edərək digər ölkələrdən "ATACMS"-lərin alınmasına razılıq verməsini xahiş edə bilər. Belə ki, Polşa, Cənubi Koreya, Rumıniya, Yunanıstan, Türkiyə, Qətər və Bəhreyn kimi ölkələrdə də bu silah mövcuddur.