Modern.az

Ukrayna Moldovanı qarşıdurmaya sövq edir - Rusiyadan iddia

Ukrayna Moldovanı qarşıdurmaya sövq edir - Rusiyadan iddia

14 Fevral 2023, 11:38

"Kişinyovun Rusiyanın Moldovada vəziyyəti destabilizasiya etmək planı ilə bağlı bəyanatları əsassızdır".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu, Rusiya XİN-in Moldova prezidenti Maya Sandunun dünənki açıqlamasına cavabında bildirilib.

 

"Kiyev Kişinyovu Rusiya Federasiyası ilə şiddətli qarşıdurmaya cəlb etməyi hədəfləyir. Moskva Moldova hakimiyyətini dövlət müdrikliyi göstərməyə, kənardan gələn təxribatlara uymamağa çağırır", - deyə məlumatda vurğulanıb.

 

Rusiya XİN-in açıqlamasında ABŞ-ın Suriyadakı zəlzələ ilə bağlı addımlarına da münasibət bildirilib.

 

"Qərb Suriyadakı zəlzələdən zərər çəkmiş insanların ehtiyacları barədə spekulyasiya edir, sərhədyanı yardım mexanizmini genişləndirmək üçün BMT Təhlükəsizlik Şurasına müraciət edir", - deyə qeyd olunub.

Bu xəbər ilə bağlı
Moldovada çevriliş etmək istəyirlər - Prezident
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər