Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov brifinq keçirib.
Modern.az TASS-a istinadən xəbər verir ki, o, brifinq zamanı mühüm fikirlər səsləndirib.
"KTMT-nin Ermənistanda planlaşdırılan “Sarsılmaz qardaşlıq” təlimləri Qırğızıstanda keçiriləcək. Deməliyəm ki, təşkilatın məsuliyyət zonasında vəziyyət gərgin olaraq qalır. Qərb Ukraynaya anti-Rusiya dayaq məntəqəsi rolunu verib, bu ölkə ABŞ-ın Rusiyaya qarşı vasitəsinə çevrilib. Bundan başqa, İŞİD-in Əfqanıstandakı qolunun yaraqlılarının sayı 6,5 minə çatıb, bunların 4 minə qədəri isə Tacikistanla sərhəddə cəmlənib", - deyə general bildirib.
O, həmçinin qeyd edib ki, 2023-cü ildə KTMT-nin təlimlərində Rusiya-Belarus birgə qrupunun iştirakı məsələsi müzakirə olunur.