Modern.az

11 il sonra Səudiyyə təyyarəsi Əsəd Suriyasına gəldi - Zəlzələyə görə...

11 il sonra Səudiyyə təyyarəsi Əsəd Suriyasına gəldi - Zəlzələyə görə...

Dünya

14 Fevral 2023, 13:00

Səudiyyə Ərəbistanının zəlzələ ilə bağlı göndərdiyi yardım təyyarəsi Suriyanın Hələb şəhərinə eniş edib.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, 11 illik vətəndaş müharibəsi zamanı Əsədə qarşı silahlı müxalifəti dəstəkləyən krallıqdan havaya qalxan təyyarə Bəşər Əsəd hökumətinin nəzarətində olan ərazilərə gəlib.

 

35 ton ərzaq, tibbi yardım və çadırlar daşıyan təyyarə Səudiyyənin ötən həftə baş verən ölümcül zəlzələdən zərər çəkmiş suriyalılara yardım etmək üçün həyata keçirdiyi humanitar əməliyyat çərçivəsində Hələb beynəlxalq hava limanına enib.

 

Bildirilib ki, yardım Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salmanın göstərişi ilə həyata keçirilib.

 

"Səudiyyə Ərəbistanı krallığının rəhbərliyindən bizə verilən göstəriş Suriyada zəlzələdən zərər çəkmiş qardaş xalqa kömək etməkdir", - Səudiyyə nümayəndə heyətinin üzvü deyib.

 

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələ Suriyada da hiss olunub və bu ölkədə 4500-dən çox insanın həyatına son qoyub.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər