Modern.az

Rusiya Luqanskda genişmiqyaslı hücuma başlaya bilər - RƏSMİ

Rusiya Luqanskda genişmiqyaslı hücuma başlaya bilər - RƏSMİ

14 Fevral 2023, 13:33

"Biz Luqansk vilayətində böyük miqyasda hücumlar gözləyirik".

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.

 

Yerli hakimiyyət yaxın günlərdə Luqansk vilayətinin inzibati sərhədlərinə çıxmaq əmri alan Rusiya qoşunlarının kütləvi hücumlarını gözləyir.

 

Qaydayın sözlərinə görə, rus qoşunları artıq çoxlu canlı qüvvə və texnika cəlb edib.

 

"Artıq biz həm artilleriyadan, həm də havadan atəşə tutulma sayında artım qeydə alırıq", - o deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?