Cənubi Koreya parlamentinin millət vəkilləri maaşlarının üç faizini Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə bağışlayacaq.
Modern.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Təbii fəlakət qurbanlarına dəstək tədbirlərini ehtiva edən qətnamə parlamentdəki 229 deputatdan 228-i tərəfindən təsdiqlənib. Bir deputat isə səsvermədə bitərəf qalıb. Qərar həmçinin Türkiyə və Suriyada axtarış-xilasetmə və yenidənqurma işlərinin dəstəklənməsini, zəlzələ bölgəsində koreyalı mühacir, tələbələr və turistlər üçün təhlükəsizlik tədbirlərinin görülməsini nəzərdə tutur.
Cənubi Koreya Prezidenti Yun Suk Yeol Türkiyəyə yardım üçün bütün mövcud resursları səfərbər etməyi tapşırıb.
Akif İsmayılov