Modern.az

Dəniz Baykal dəfn edildi - Ərdoğan da iştirak etdi (FOTO)

Dəniz Baykal dəfn edildi - Ərdoğan da iştirak etdi (FOTO)

Dünya

14 Fevral 2023, 16:10

Türkiyənin ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri, Türkiyə parlamentinin deputatı Dəniz Baykalla vida mərasimi keçirilib.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, mərasim əvvəlcə CHP-nin qərargahı önündə, daha sonra Türkiyə parlamentinin qarşısında baş tutub.

 

Ankaradakı Ahmet Hamdi Akseki məscidində keçirilən dəfn mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə parlamentinin spikeri Mustafa Şəntop, Türkiyənin vitse-prezidenti Fuat Oktay da iştirak edib.

 

Qeyd edək ki, Baykal fevralın 11-də vəfat edib. O, 20 iyul 1938-ci ildə Antalyada anadan olub. 1995–1996-cı illərdə Türkiyə Baş nazirinin köməkçisi vəzifəsində çalışıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər