Modern.az

Sandunun baş nazir postuna namizədi KİMDİR?

Sandunun baş nazir postuna namizədi KİMDİR?

Dünya

14 Fevral 2023, 16:22

Moldova prezidenti Maya Sandu əvvəlki hökumətin istefasından sonra ölkənin baş naziri vəzifəsinə Dorin Resinin namizədliyini irəli sürüb.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, eyni zamanda Ali Təhlükəsizlik Şurasının katibi olan Resinin parlamentin təsdiqini qazanacağı gözlənilir.


Bildirilib ki, Resin Moldova hökumətində bir sıra yüksək vəzifələrdə çalışmış təcrübəli siyasətçidir. O, 2012-2015-ci illərdə iki baş nazirin dövründə daxili işlər naziri vəzifəsində çalışıb və bu vəzifəni tutan ilk mülki şəxs olub.

 

Qeyd olunub ki, Resin post-sovet Moldovasını Avropa İttifaqı standartlarına yaxınlaşdıran bir sıra mühüm islahatlara rəhbərlik edib. Bundan əvvəl o, informasiya və kommunikasiya texnologiyaları nazirinin müavini olub.

 

Xatırladaq ki, ötən həftə baş nazir Nataliya Qavrilita hökumətin istefasını elan etmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər