Ukraynanın müdafiə naziri Oleksiy Reznikov yeni müavinlərinin namizədliyini təqdim edib.
Modern.az xəbər verir ki, nazir bu barədə feysbuk səhifəsində yazıb.
"Vacib bir məsələ var. İşin səmərəliliyini artırmaq üçün Müdafiə Nazirliyinin kadr və struktur yenilənməsi ilə bağlı bir sıra müvafiq qərarlar barədə məlumat vermək istərdim. Yeni nazir müavinləri təyin olunacaq. Artıq müvafiq sənədləri təsdiq üçün təqdim etmişəm", - o qeyd edib.
“Ukrayinska pravda”nın mənbələrə istinadən verdiyi məlumata görə, müdafiə nazirinin müavinləri vəzifəsinə namizədlər arasında general Aleksandr Pavlyuk, ictimai xadim və "Come Back Alive" xeyriyyə fondunun təsisçisi Vitali Deineqa, 5-7-ci çağırış Ukrayna Ali Radasının deputatı, Ukraynanın Kanadadakı keçmiş səfiri Andriy Şevçenkonun adları hallanır.
Qeyd edək ki, Reznikov bir neçə müavini istefa vermiş, bir isə korrupsiya qalmaqalı ilə bağlı həbs edilmişdi.