Modern.az

Saxta xəbər yayanlara qarşı əməliyyat - 17 nəfər həbs edildi

Saxta xəbər yayanlara qarşı əməliyyat - 17 nəfər həbs edildi

Dünya

14 Fevral 2023, 17:00

Türkiyə polisi sosial media platformalarında zəlzələ ilə bağlı təxribat xarakterli paylaşımlar edən 531 hesab aşkar edib.

 

Modern.az DHA-ya istinadən xəbər verir ki, hesab sahiblərindən 221-i haqqında araşdırma başladılıb.

 

Bildirilir ki, əməliyyat nəticəsində saxlanılan 64 nəfərdən 17-si barəsində həbs qərarı çıxarılıb.

 

Bundan başqa, zəlzələ nəticəsində xəsarət alanlara yardım etmək adı altında pul mənimsəməyə cəhd edən hesablar müəyyən edilib. Onların aktiv hesabları aşkarlanaraq dondurulub.

 

Əməliyyatın Kibercinayətlərlə Mübarizə İdarəsi tərəfindən həyata keçirildiyi qeyd olunub.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 31 643 nəfər həyatını itirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər