Modern.az

Benzin və dizellə işləyən maşınların satışı qadağan olunacaq

Benzin və dizellə işləyən maşınların satışı qadağan olunacaq

Dünya

14 Fevral 2023, 17:15

Avropa Parlamenti elektrikli avtomobillərə keçidi sürətləndirmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə 2035-ci ildən Avropa İttifaqında yeni benzin və dizel avtomobillərinin satışını effektiv şəkildə qadağan edən qanunu rəsmi olaraq təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Qanun həmçinin 2030-cu ildən satılan yeni avtomobillər üçün karbon qazının emissiyalarının 2021-ci ilə nisbətən 55% azaldılmasını nəzərdə tutur ki, bu da mövcud 37,5% hədəfindən xeyli yüksəkdir. Avropa İttifaqı ölkələri ötən ilin oktyabrında parlamentdə qərarı təsdiqləyib, lakin hələ də qaydaların qüvvəyə minməsi üçün yekun təsdiqin mart ayında olması gözlənilir.

 

Məlumata görə, yeni mikroavtobuslar 2021-ci illə müqayisədə 2035-ci ilə qədər karbon qazı emissiyasının 100%, 2030-cu ilə qədər isə 50% azalma tələblərinə cavab verməlidir.

 

Qeyd edək ki, Avropada bir çox avtomobil istehsalçıları elektrikləşdirməyə sərmayə qoyulacağını bəyan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər