Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general Sergey Rudskoya cinayət işi açıb.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, qaldırılan cinayət işi qiyabi xarakter daşıyır.
Məlumata görə, general barəsində qanunvericiliyə uyğun olaraq 3 ittiham irəli sürülüb. Belə ki, Rudskoy ölkənin ərazi bütövlüyünü təhdid, işğalçı əməliyyatların hazırlanması, realizasiyası və işğalçılıq siyasətinə bəraət qazandırmaqda günahlandırılır.
Hazırda hüquqi prosedurların davam etdirildiyi bildirilib.