Modern.az

Rusiyanın Mariupola təyin etdiyi mer öldü

Rusiyanın Mariupola təyin etdiyi “mer” öldü

Dünya

14 Fevral 2023, 17:56

Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Mariupol şəhərinin “meri” Konstantin İvaşşenko ölüb.

 

Modern.az "Strana" nəşrinə istinadən xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşşenko məlumat verib. 

 

Bildirilib ki, ötən ilin aprel ayında Rusiya qüvvələri tərəfindən təyin edilmiş İvaşşenkonun ölümü ilə bağlı başqa məlumat yoxdur. Onun hansı şəraitdə öldüyü və digər detallar açıqlanmayıb.

 

Xatırladaq ki, İvaşşenko Mariupolun işğalından sonra "təyinat" almış, bu ilin yanvarın sonunda isə "vəzifə"sindən azad edilmişdi. Onun yerini şəhərin Novoazovski rayonunun keçmiş "rəhbəri" Oleq Morqun tutub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər