Modern.az

Ata və qızı 209 saat sonra dağıntılar altından sağ çıxarıldı

Ata və qızı 209 saat sonra dağıntılar altından sağ çıxarıldı

14 Fevral 2023, 22:20

Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

 

Modern.az xəbər verir ki, Antakyada 209 saat dağıntılar altında qalan ata və qızı sağ çıxarılıb.

 

Onlara ilkin tibbi yardım göstərilib və hər ikisi xəstəxanaya yerləşdirilib. 

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Təbii fəlakət zamanı 35 mindən çox insan həyatını itirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?