Modern.az

Ukraynada daha bir Britaniya vətəndaşı öldü

Ukraynada daha bir Britaniya vətəndaşı öldü

15 Fevral 2023, 00:51

Ukraynada daha bir Britaniya vətəndaşı həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirlik Ukraynada ölən şəxsin ailəsinə dəstək verildiyini bildirib.

 

Həlak olan şəxsin adı və ölüm şəraiti hələlik açıqlanmayıb. Xarici İşlər Nazirliyindən bildirilib ki, Britaniya Ukraynanın yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır.

 

Ukraynada ölən şəxsin yaxınları mediadan onların şəxsi həyatına hörmətlə yanaşmağı xahiş ediblər.

 

Qeyd edək ki, bu, müharibənin başlamasından bəri Ukraynada ölən 8-ci britaniyalıdır. 

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?