Modern.az

Zəlzələnin 212-ci saatı: 77 yaşlı qadın xilas edildi 

Zəlzələnin 212-ci saatı: 77 yaşlı qadın xilas edildi 

15 Fevral 2023, 08:23

Türkiyənin Adıyaman bölgəsində baş vermiş zəlzələ zamanı dağıntılar altında qalan daha bir nəfər xilas edilib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, zəlzələnin 212-ci saatında 77 yaşlı qadın yaşayış binasının dağıntıları altından çıxarılıb.

 

7 mərtəbəli binanın dağıntıları altından xilas olunan Fatma Güngörə ilkin tibbi yardım göstərilib və təcili yardımla xəstəxanaya yerləşdirilib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Təbii fəlakət zamanı 35 mindən çox insan həyatını itirib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər