Modern.az

Rusiya xilasediciləri Türkiyədən qayıtdı

Rusiya xilasediciləri Türkiyədən qayıtdı

Dünya

15 Fevral 2023, 09:04

Rusiya xilasediciləri Türkiyədə zəlzələ zonasında işlərini başa vuraraq Moskvaya qayıdıblar.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin teleqram kanalında məlumat paylaşılıb.

 

"Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi göyərtəsində bir qrup xilasedici və həkimlə birlikdə Moskvaya enib", - məlumatda bildirilib.

 

Qeyd olunub ki, nazirliyin 150-dən çox mütəxəssisi fevralın 7-dən Türkiyənin ən çox zərər çəkmiş vilayətində işləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?