Modern.az

Ermənistan Türkiyəyə yenidən yardım göndərdi

Ermənistan Türkiyəyə yenidən yardım göndərdi

Dünya

15 Fevral 2023, 09:42

Ermənistandan Türkiyənin zəlzələ bölgəsinə növbəti yardım karvanı yola düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü Vahan Hunanyan tviter səhifəsində yazıb.

 

Bildirilib ki, ötən gecə humanitar yardımın ikinci partiyasını daşıyan yük maşınları körpü vasitəsilə Ermənistan-Türkiyə sərhədindən keçib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 35 mindən çox insan həyatını itirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər