Modern.az

“Seçkiyə görə “Pokemon”da olacaq, UFO-lar da” - Zaxarova

“Seçkiyə görə “Pokemon”da olacaq, UFO-lar da” - Zaxarova

Dünya

15 Fevral 2023, 10:20

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova ABŞ səmasındakı naməlum hava obyektləri ilə bağlı müzakirələri şərh edib.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, o, məsələni seçkilərlə əlaqələndirib.

 

"ABŞ-da tezliklə seçkilər gəlir. Buna görə də "Pokemon" da olacaq, UFO-lar da olacaq, çünki başqa mövzular lazımdır. Onlar artıq Rusiya mövzusunu tamamilə absurd vəziyyətə gətiriblər və seçkidə bu mövzudan daha istifadə edə bilməyəcəklər", - deyə XİN rəsmisi bildirib.

 

Qeyd edək ki, son vaxtlar ABŞ səmasında ard-arda naməlum obyektlərin müşahidə olunması və vurularaq zərərsizləşdirilməsi barədə məlumatlar yayılmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər