Modern.az

Dünən həbsdən çıxan sabiq prezident ölkəsini tərk etdi

Dünən həbsdən çıxan sabiq prezident ölkəsini tərk etdi

Dünya

15 Fevral 2023, 10:28

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev ölkəsini tərk edib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

 

Atambayevin müalicə üçün İspaniyaya getdiyi bildirilir.

 

Qeyd edək ki, eks-prezident fevralın 14-də həbsdən azad edilib.

 

Atambayev ötən ilin yayında korrupsiya işi üzrə əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, 2013-cü ildə kriminal avtoritet Əziz Batukaevin həbsdən qanunsuz olaraq azad edilməsində Atambayevin əli olub. Ötən gün Ali Məhkəmə Atambayev barəsində açılan cinayət işinə təkrar baxılması barədə qərar qəbul edib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər