Ukraynanın müdafiəsi üzrə təmas qrupunun Ramşteyn formatında keçirilən toplantısı davam edir.
Modern.az "RBK Ukraine" agentliyinə istinadən xəbər verir ki, dünəndən təmas qrupunun müzakirələrinə qatılan Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bugünkü toplantılarda da iştirak edəcək.
Reznikov feysbuk səhifəsindəki paylaşımında bildirib ki, bu gün tərəfdaşlar Ukraynaya hərbi yardımla bağlı müzakirələri davam etdirəcəklər.
"Gərgin proqramdır. Biz daha çox tanklara vaxt ayıracağıq və diqqət yetirəcəyik", - deyə nazir qeyd edib.