Ankarada Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu arasında təkbətək görüş keçirilir.
Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Bildirilib ki, təkbətək görüşdən sonra geniş tərkibdə görüş keçiriləcək, ardınca nazirlər bəyanatlarla çıxış edəcəklər.
Görüşlərdən sonra Mirzoyan Adıyamana gedəcək və buradakı erməni xilasedicilərlə görüşəcək.
Akif İsmayılov