Modern.az

Hindistan 1 il əhalisinin dəqiq sayını bilməyəcək

Hindistan 1 il əhalisinin dəqiq sayını bilməyəcək

Dünya

15 Fevral 2023, 12:43

1,4 milyarddan çox əhalisi olan Hindistanın iki ay ərzində dünyanın ən çox əhalisi olan ölkəsi olacağı proqnozlaşdırılır.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, ən azı bir il və bəlkə də daha uzun müddət ərzində ölkə əhalisinin sayı dəqiq bilinməyəcək, çünki ölkədə əhalinin siyahıyalınması prosesini həyata keçirmək mümkün olmayıb.

 

Belə ki, Hindistanda əhalinin siyahıya alınması on ildə bir dəfə həyata keçirilir və 2021-ci ildə keçirilməli olan son sayım pandemiya səbəbi ilə təxirə salınıb. 

 

İndi bu məsələ yenidən gündəmə gəlsə də, texniki və logistik əngəllər prosesə mane olur.


Mütəxəssislərin fikrincə, əhalinin siyahıya alınması nəticəsində əldə edilən məşğulluq, yaşayış yeri, savadlılıq səviyyəsi, miqrasiya səviyyəsi və uşaq ölümü kimi məlumatların yenilənməsinin gecikməsi nəhəng Asiya iqtisadiyyatlarından olan Hindistanda sosial və iqtisadi planlaşdırma və siyasətin formalaşdırılması kimi mövzulara mənfi təsir göstərir.

 

Birləşmiş Millətlər Təşkilatı bu ilin aprel ayında Hindistan əhalisinin Çini keçərək 1.425.775.850 nəfərə çatacağını proqnozlaşdırır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU