Modern.az

İrəvanda aksiya: Mirzoyanın səfərindən narahat olanlar var

İrəvanda aksiya: Mirzoyanın səfərindən narahat olanlar var

15 Fevral 2023, 13:09

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyə səfəri fonunda BMT-nin İrəvan ofisi yaxınlığında aksiya keçirilməsi barədə məlumatlar yayılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" yazıb.

 

Məlumata görə, aksiyanı Ermənistanın kürd icmasının nümayəndələri təşkil edib. Belə ki, onların PKK terror təşkilatının qurucusu Abdulla Öcalanın həbsinin 24-cü ildönümü ilə əlaqədar etiraz aksiyası keçirdiyi bildirilir.

 

Qeyd edək ki, bu gün Ararat Mirzoyan Türkiyəyə səfərə yollanıb. O, səfər çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Erməni nazir daha sonra zəlzələ bölgəsinə baş çəkəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər