Ermənistan çətin gündə bizə dostluq əlini uzatdı, bizimlə həmrəylik nümayiş etdirdi.
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistan XİN başçısı Ararat Mirzoyan ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Cənubi Qafqazda normallaşma prosesi davam edir.
"Bu gün ortaya qoyduğumuz iş birliyi anlayışının bu məsələyə dəstək verəcəyinə inanıram. Ermənistanın Azərbaycanla münasibətlərinin normalaşması bölgəmizdəki sabitliyə töhfə verəcək”, – deyə Çavuşoğlu qeyd edib.