Modern.az

Görüşdə təfərrüatları müzakirə etdik - Mirzoyan

Görüşdə təfərrüatları müzakirə etdik - Mirzoyan

Dünya

15 Fevral 2023, 13:32

"Bu gün Ankarada keçirilən görüşdə təfərrüatlar müzakirə olunub, ölkələr infrastrukturla bağlı birgə işləyəcək".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

 

"İrəvan regionda sülhü bərqərar etməyə, Türkiyə ilə münasibətləri normallaşdırmağa, diplomatik əlaqələr qurmağa hazırdır. Mən şadam ki, xilasedicilər bu vəziyyətdə ən vacib işə nail olublar", - deyə o əlavə edib.

 

Mirzoyan Ermənistanın humanitar yardım olan yük maşınlarının keçməsi üçün sərhədin açılmasını simvolik hesab etdiyini deyib: "1988-ci ildə özü fəlakətdən çıxan Ermənistan qonşularına kömək etməyə bilməzdi".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər